İran və Rusiya gizlətməyə çalışmışdı - Ermənistan açıqladı

22-01-2024, 18:34           
İran və Rusiya gizlətməyə çalışmışdı -
Rusiya Ermənistanın simasında Cənubi Qafqazdakı yeganə forpostundan imtina edən deyil”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İran üzərindən Ermənistana gizli şəkildə silah daşınmasına diqqət çəkib:

“İrandan Ermənistana daşınan hərbi texnikalarnın hansı dövlətə məxsus olduğu müzakirə edilir. Birmənalı şəkildə bildirim ki, daşınması zamanı gizlədilməyə çalışılan həmin hərbi texnikalar Rusiyaya məxsusdur. Bunun təsdiqi bu gün gəldi. Ermənistan Müdafiə Nazirliyindən yerli mediaya bildirilib ki, Rusiya şirkətləri ilə silah sektorunda problemli məsələlər əsasən həll olunub.

Rusiyadan Ermənistana tədarük edilən silahlar arasında uzaq hədəfləri vurmaq qabiliyyətinə malik “Smerç”lər də var. Deməli, Rusiya Ukraynada işğalçı müharibəni davam etdirərkən, o cümlədən İran və Şimali Koreyadan dron və raket almaq məcburiyyətində qalarkən, Ermənistana silah tədarükü həyata keçirib. Paşinyanlar gəldi-gedərdilər, Rusiya Ermənistanın simasında Cənubi Qafqazdakı yeganə forpostundan imtina edən deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.