“Ermənistan Konstitusiyasındakı revanşist maddələr çıxarılmalıdır” - Başqa cür ola da bilməz...

23-01-2024, 00:07           
“Ermənistan Konstitusiyasındakı revanşist maddələr çıxarılmalıdır” -
Ermənistanın Baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirdi. Paşinyanın bu fikri ölkəsində heç də birmənalı qarşılanmadı. Erməni türkşünas, tarix elmləri namizədi Varujan Geğamyan iddia etdi ki, Paşinyan Konstitusiyanı Türkiyənin tələbi ilə dəyişir.

Türkiyəli general Yücel Karauz Moderator.az-a açıqlamasında məsələni şərh edib. General qeyd edib ki, Ermənistan konstitusiyasındakı revanşits maddələr mütləq çıxarılmalıdır:

“Nikol Paşinyan tərəfindən Ermənistan konstitusiyasının dəyişdirilməsini gündəmə gətirib. Bunun həm Türkiyə-Azərbaycnla bağlı əlaqəsi var. Həmçinin də Ermənistanın daxili məsələləri ilə bağlıdır. Təbii ki konstitusiyaya edilən dəyişikliklərlə ana qanundan Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş saldırıcı, təhqiredici, revanşizmi ehtiva edən maddələr çıxarılmalıdır. Əks halda münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sülh müqaviləsi imzalansa belə, Türkiyə ilə sərhədlərin açılması kimi məsələlər real deyil. “Dostluq istəyirəm, sülh istəyirəm, normallaşma istəyirəm” - deyən bir dövlətin başqa ölkənin torpaqlarında dövlət qurmasını konstitusiyasında qeyd etməsi doğru hərəkət deyil.

Ümid edirik ki, konstitusiyaya ediləcək dəyişikliklə həm Ermənistanın daxili siyasətinə aid məsələlər, həmçinin Azərbaycan və Türkiyə ilə əlaqələrə, o cümlədən beynəlxalq hüquqa zidd olan maddələr çıxarılacaq. Əks halda sona qədər qarşılıqlı anlayış, fədakarlıq, əl uzatmaq olmayacaq” – deyə Yücel Karauz qeyd edib.
Xatırladaq ki, Geğamyan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələyə belə münasibət bildirmişdi: “Paşinyan Konstitusiyanı Türkiyənin tələbi ilə dəyişir, məqsəd Qarabağı, Ağrını, kilsəni, “soyqırımı”nın (qondarma-red.) “tanınması”nı silməkdir, bu gün Zəngəzur gündəmdədir, sabah Gümrü gündəmdə olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.