Trampın rəqibləri bir-bir sıradan çıxır

23-01-2024, 09:44           
Trampın rəqibləri bir-bir sıradan çıxır
Donald Trampın rəqibləri bir-birinin ardınca seçki yarışından çıxırlar. Florida ştatının
qubernatoru, respublikaçı Ron Desantis bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident
seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.
Siyasətçi bu barədə sosial şəbəkədə yayımladığı videomüraciətində bildirib.
“İstədiyim nəticəyə nail olmaq üçün edə biləcəyim bir şey olsaydı, mən bunu edərdim. Qələbəyə
aparan aydın yol yoxdur. Bu gün mən seçki kampaniyamı dayandırdığımı elan edirəm”, – o
açıqlayıb.
Desantis həmçinin bu vəzifəyə yenidən seçilmək üçün keçmiş ABŞ lideri Donald Trampa
dəstəyini ifadə edib.
“Donald Trampla fikir ayrılıqlarımız olub. Tramp hazırkı prezident Co Baydendən üstündür, bu,
göz qabağındadır. Mən ona dəstəyimi bildirirəm”, – siyasətçi deyib.
pressklub.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru