Keçmiş partiya sədri MSK-nı məhkəməyə verdi: - Nə tələb edir?

23-01-2024, 16:23           
Keçmiş partiya sədri MSK-nı məhkəməyə verdi: - Nə tələb edir?
Keçmiş partiya sədri Əvəz Temirxan Mərkəzi Seçki Komissiyasını (MSK) məhkəməyə verib.

Qaynarinfo-ya daxil olan məlumata görə, Əvəz Temirxanın iddiasına Bakı Apellyasiya Məhkəməsində hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq.

Əvəz Temirxan məlumatı təsdiqləyib və detalları açıqlayıb. O, Qaynarinfo-ya bildirib ki, MSK-nı məhkəməyə verməsi prezidentliyə namizədliyinin qeyd alınmaması ilə bağlıdır.

"Mərkəzi Seçki Komissiyası mənim sənədlərimi qəbul etməkdən imtina edib. Beləliklə də namizədliyim qeydə alınmayıb. Sənədlərdən imtinanın əsaslandırılması məni qane etmədiyinə görə bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlmişəm. İddia tələbim məhkəmə yolu ilə namizədliyimin qeydə alınması və adınmın seçki bülleteninə salınması ilə bağlıdır", deyə Əvəz Temirxan bildirib.

Məlumat üçün deyək ki, seçki məsələləri ilə bağlı məhkəmə işlərində apellyasiya məhkəməsi birinci instansiya hesab edilir.

Əvəz Temirxan Azərbaycan Liberal Partiyasının (ALP) sədri olub. "Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra partiyanın qeydiyyatı ləğv edilib.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. MSK 7 nəfərin namizədliyini qeydə alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru