Ukrayna silahlardan qeyri-qanuni istifadə edib? - AÇIQLAMA

24-01-2024, 16:04           
Ukrayna silahlardan qeyri-qanuni istifadə edib? - AÇIQLAMA
Yanvarın 23-də Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun “Ramştayn” formatında növbəti, 18-ci iclası keçirilib. Pentaqon rəhbəri Lloyd Ostin tədbirə onlayn qoşulub.

Referans.az xəbər verir ki, ABŞ müdafiə naziri “Ramştayn” iştirakçılarını Ukrayna müdafiə qüvvələrini daha çox həyat xilas edən yerüstü hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.

Pentaqon rəhbəri həmçinin qeyd edib ki, müttəfiq ölkələr Ukraynaya dəstəyimizdən tərəddüd etməməlidir. Ostin bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya verilən Amerika avadanlıqlarının qeyri-qanuni istifadəsi və ya yönləndirilməsi ilə bağlı heç bir etibarlı sübut əldə etməyib.

“Biz görürük ki, Ukrayna Rusiya təcavüzündən qorunmaq üçün verdiyimiz imkanlardan istifadə edir”, - deyə Ostin vurğulayıb.

Ukraynanın müdafiə naziri Rustem Umerov iclasda Ukrayna Silahlı Qüvvələrinin irəliləyişə nail olmaq üçün nəyə ehtiyacı olduğunu deyib.

Nazirin sözlərinə görə, kifayət qədər miqdarda avadanlıq və sursat, texniki xidmət və ehtiyat hissələri uğurun kritik komponentidir. “Amma sıçrayış innovasiya və əhəmiyyətli texnoloji tərəqqi tələb edir. Məhz buna görə də 2024-cü ildə müdafiə texnologiyaları Müdafiə Nazirliyinin gündəliyində mərkəzi rol oynayacaq”, - deyə Umerov əlavə edib.

Nazir, həmçinin Ukrayna Müdafiə Qüvvələrinə dəstək verən bütün tərəfdaş ölkələrə təşəkkürünü bildirib. Eyni zamanda, o, uzunmüddətli hərbi yardım paketlərinin artırılmasının vacibliyini qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.