Konstitusiya Qarabağa görə dəyişdirilir? – İrəvandan açıqlama

24-01-2024, 17:49           
Konstitusiya Qarabağa görə dəyişdirilir? – İrəvandan açıqlama
Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad etmək lazım deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Ovik Ağazaryan deyib.

Siyasətçi Ermənistanın Müstəqillik Bəyannaməsində Qarabağa - Azərbaycana ərazisinə iddia ilə bağlı bildirib:

“Bəyannamə bir çox məqsədlər güdə bilər, amma bu və ya digər tarixi dövrdə bütün məqsədləri həyata keçirmək olarmı? Ona görə də bəyannamə tarixi sənəd, Konstitusiya isə hüquqi sənəd kimi öz yerində qalmalıdır.

Hesab edirəm ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad etmək lazım deyil. Çünki bəyannamənin mühüm məqamlarından biri odur ki, müstəqil dövlətin əsası qoyulur. Bəyannamədən sonra müstəqillik haqqında referendum keçirildi. Proses bu günə qədər davam edir, yeni Konstitusiyanın məqsədi dövlətin möhkəmlənməsi və qurulması prosesini daha yaxşı təməllərə qoymaqdır”.

Ağazaryan Qarabağın işğal edilməsi, sonra burada “müstəqil dövlət”in yaradılması və ya "Ermənistana birləşdirilmə"si cəhdlərinin keçmişdə qaldığını vurğulayıb.

Deputat “Qarabağın Ermənistana birləşdirilməsi” xülyasına da toxunub:

“Biz belə bir məsuliyyət daşımırıq, tarixi sənədlər, Almatı bəyannaməsi var ki, gələcək nəsillərin bizi tənqid etmək üçün əlavə əsasları olmasın, biz Konstitusiyanı yalnız dövlət idarəetmə sistemini daha məqsədəuyğun etmək üçün dəyişirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.