KİV: Ağ ev Konqresdən F-16-ların Türkiyəyə satışına icazə verməsini istəyib

25-01-2024, 12:34           
KİV: Ağ ev Konqresdən F-16-ların Türkiyəyə satışına icazə verməsini istəyib
Vaşinqton administrasiyası ABŞ Konqresindən Türkiyəyə F-16 qırıcıları və modernizasiya dəstlərinin satışına ümumilikdə 20 milyard dollara razılıq verilməsini istəyib.

“Reuters”in mənbələrinə görə, bu barədə ABŞ rəhbərliyinin qanunvericilərə göndərdiyi məktubda deyilir.

Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel çərşənbə günü bildirib ki, Vaşinqton Ankaraya F-16-ları tədarük etməyə hazır olduğuna zəmanət vermir. O vurğulayıb ki, bu məsələdə əsas rol Konqresə həvalə olunub.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzv olmaq ərizəsinin təsdiqini ABŞ Konqresinin Ankaraya F-16-lar satması ilə bağlı qərarı ilə əlaqələndirir. Bir neçə il öncə Türkiyə ABŞ-dən mövcud qırıcıları üçün 40 F-16 və 80 “Block 70” təkmilləşdirmə dəsti tələb etmişdi. ABŞ dövlət katibi Entoni Blinkenin daha öncə dediyi kimi, Konqresin bəzi üzvləri bu cür tədarüklərin Ankaranın İsveçin NATO-ya qəbulu üçün atacağı addımlarla əlaqələndirilməsini tələb edirlər.

Yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Macarıstan parlamenti İsveçin müraciətinə hələ səs verməmiş yeganə müttəfiq ölkə olaraq qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru