Zelinskidən “İL-76” hərbi təyyarənin qəzasına reaksiya

25-01-2024, 09:47           
Zelinskidən “İL-76” hərbi təyyarənin qəzasına reaksiya
“Rusiya ukraynalı məhbusların həyatı, onların qohumlarının hissləri və cəmiyyətimizin emosiyaları ilə oynayır”.

Azpost.info bildirir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində “İL-76” hərbi təyyarənin qəzası ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

“Mən Umerov, Zalujnı, Şaptal, Budanov və Malyuka zəng etdim. Onlar təyyarə və mübadilə ilə bağlı vəziyyət barədə məlumat verdilər. Aydındır ki, ruslar ukraynalı məhbusların həyatı, qohumlarının hissləri və cəmiyyətimizin emosiyaları ilə oynayırlar”, – deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, bütün aydın faktları müəyyən etmək lazımdır.

“Faktlar indi əsas sözdür. Baş Kəşfiyyat İdarəsi bütün məhbusların taleyinə aydınlıq gətirir. Təhlükəsizlik Xidməti bütün şəraiti araşdırır. Mən xarici işlər nazirinə Ukraynadakı mövcud məlumatlar barədə tərəfdaşları məlumatlandırmağı tapşırdım. Dövlətimiz beynəlxalq araşdırmada israrlı olacaq”, – deyə Zelenski əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru