NATO Rusiya ilə silahlı münaqişəyə can atmır - Pentaqon

25-01-2024, 09:35           
NATO Rusiya ilə silahlı münaqişəyə can atmır - Pentaqon
Şimali Atlantika Alyansı (NATO) Rusiyaya özünümüdafiəyə hazır olduğunu sübut etməyə çalışır, amma onunla silahlı münaqişəyə can atmır.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-nin müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib.

NATO-nun Rusiya ilə birbaşa qarşıdurmaya getmədən Qara dənizdə təhlükəsizliyi necə yaxşılaşdırmağı planlaşdırdığı ilə bağlı sualı cavablandıran S.Uollander bildirib ki, alyans buna Madrid və Vilnüs sammitlərindən sonra liderlərin qərar və göstərişlərinə əməl etməklə nail olmaq niyyətindədir. NATO ölkələri Vilnüsdə alyansın şərq cinahında 300 min əsgər yerləşdirmək planını təsdiqləyib.

"Söhbət müdafiə imkanlarından gedir. Onlar NATO-nun özünü müdafiə edə biləcəyini nümayiş etdirmək üçün nəzərdə tutulub. Məqsəd çəkindirməkdir, Rusiya ilə müharibəyə təhrik etmək deyil", - deyə Pentaqon rəhbərinin köməkçisi bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.