Sisi Netanyahunun telefon zəngi xahişini rədd etdi: Bu səbəbdən

25-01-2024, 17:07           
Sisi Netanyahunun telefon zəngi xahişini rədd etdi: Bu səbəbdən
İsrail mediası Misir prezidenti Əbdülfəttah əs-Sisinin İsrailin baş naziri Binyamin Netanyahunun telefon zəngi xahişini rədd etdiyini bildirib.

İsrailin özəl televiziya kanalı "Channel 13" buna səbəbin İsrailin Qəzzaya hücumlarının sona çatmasından sonra Misir-Qəzza sərhədinə kimin nəzarət edəcəyi ilə bağlı gərginliklə əlaqədar olduğunu qeyd edib.

İsrailin Misirin Qəzza ilə olan sərhədinə nəzarət etməyə çalışdığı məlumdur.

Misir Mətbuat İnformasiya Agentliyinin prezidenti Ziya Rəşvan açıqlamasında İsrailin Qəzza zolağı ilə Misir arasındakı sərhəd xətti olan Filadelfiya dəhlizini işğal etmək üçün atacağı hər hansı addımın Misir-İsrail münasibətlərini ciddi şəkildə təhdid edəcəyini bildirib.

Qeyd edək ki, Netanyahu 10 dekabr 2023-cü ildə Filadelfiya dəhlizini işğal edəcəklərini açıqlayıb:

"İsrail Filadelfiya dəhlizini öz nəzarətinə almalıdır. Bu yer bizim əlimizdə və bizim nəzarətimizdə olmalıdır. Başqa heç bir tənzimləmə İsrail tərəfindən qəbul edilməyəcək".
Roza Şəfiyeva
publika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru