Mahmud Abbas: "Münaqişənin hərbi həll yolu yoxdur"

25-01-2024, 16:24           
Mahmud Abbas:
Fələstin Prezidenti Mahmud Abbas Böyük Britaniyanın xarici işlər naziri David Kemeron ilə görüşdə Qəzza zolağının hərbi yolla həllinin olmadığını deyib.

Xarici mətbuata istinadən xəbər verilir ki, Abbas və Kemeron işğal olunmuş Fələstin torpaqları və Qəzza zolağında baş verən son hadisələri müzakirə ediblər.

Abbas görüşdə "İsrailin Qəzza, İordan çayının qərb sahili və Qüdsdə xalqımıza qarşı hücumları dərhal dayandırılmalı və Qəzza zolağına humanitar yardımların çatdırılması sürətləndirilməlidir", - deyib.

Abbas bildirib ki, təhlükəsizlik və sülh iki dövlətli siyasi həll yoluna keçməklə əldə olunacaq.

Mahmud Abbas Britaniya nazirinə bildirib ki, Fələstin Dövlətinin tanınması və Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv olmaq səylərini dəstəkləmək beynəlxalq legitimlik qərarları və Ərəb Sülh Təşəbbüsü əsasında siyasi həllin həyata keçirilməsi üçün mühüm giriş nöqtəsidir.

Abbas beynəlxalq zəmanətlər və konkret vaxt cədvəli ilə əhatəli sülh planının həyata keçirilməsinə toxunaraq bəyan edib ki, ərəb və beynəlxalq dairələr bu planın həyata keçirilməsi üçün beynəlxalq sülh konfransı təşkil etməkdə konsensusdadırlar.
Mənbə: azxeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.