“ Ukraynanın uğursuzluqları Qərbin yardımını azaltmaq üçün bəhanə olmamalıdır”

26-01-2024, 11:44           
“ Ukraynanın uğursuzluqları Qərbin yardımını azaltmaq üçün bəhanə olmamalıdır”
"Ukraynanın döyüş meydanındakı uğursuzluqları Qərbin Kiyevə yardımını azaltmaq üçün bəhanəyə çevrilməməlidir".

32gun.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Amerikanın "Foreign Affairs" jurnalına müsahibəsində bildirib .

"Ukraynada yerdə nə baş verirsə, bu, dəstəyi azaltmaq üçün bəhanə kimi istifadə edilməməlidir", - Kuleba ölkənin silahlı qüvvələrinin uğursuz əks-hücum əməliyyatı ilə bağlı sualı cavablandırıb.

Kulebanın sözlərinə görə, Ukrayna Qərbin yardımlarının azaldılması səbəbindən resurs çatışmazlığı ilə üzləşsə belə, münaqişəni dayandırmağa və Rusiya ilə danışıqlara razı olmayacaq və mübarizəni davam etdirəcək. “Ukraynanın maliyyə və hərbi dəstəyini inkar etmək istəyənlərin hesablamaları necədir? Bəlkə də onların hesablaması ondan ibarətdir ki, bunu etsələr, Ukrayna Rusiyaya güzəştə getməyin və Rusiya ilə danışıqlara başlamağın vaxtının yetişdiyini başa düşəcək”. -deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru