İran aşa nə tökürsə, qaşığına da o çıxır

26-01-2024, 08:38           
İran aşa nə tökürsə, qaşığına da o çıxır
Tehran rejiminin və onun proksi güclərinin regiondan qovulması prosesi başlayıb

İran hakimiyyəti Yaxın Şərqdə ABŞ və İsrailə qarşı müharibə aparır. Çətinə düşəndə də regionda
baş verən silahlı qarşıdurmalarla əlaqəsin olmadığını bildirir. Ancaq HAMAS-İsrail
müharibəsində Livandakı “Hizbullah”ın və Yəməndəki husi qiyamçılarının yəhudi dövlətinə qarşı
müharibə elan etməsi, Tehran hakimiyyətinin isə onları dəstəkləməsi fərqli mənzərə ortaya
çıxarır.
Məlum olur ki, Tehran rejimi bu üçlüyə İsrailə qarşı döyüşmək üçün xeyir-dua verib. Çünki İnqilab
Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolu 30 ildən artıqdır, xarici ölkələrdə proksi qüvvələr
hazırlamaqla məşğuldur. Onları hazırlayandan sonra İran rəhbərliyi həmin qruplaşmaları
maliyyə, hərbi-siyasi cəhətdən dəstəkləyir. Bununla da regionda yaradılan münaqişəni kənardan
idarə edir.
Müharibədə birbaşa iştirak etməyən Tehran HAMAS-ı dəstəklədiyini, ona yardım etdiyini əslində
gizlətmir də. Bu siyasi-hərbi birləşmənin, “Hizbullah”ın və ya husilərin liderləri İranın dövlət
rəsmiləri, məsələn, Xamənei səviyyəsində qəbul edilir. İran hərbi təlimçiləri İraq, Suriyada ABŞnin raket atəşləri nəticəsində həyatını itirir.
Bu günlərdə Sepah-ın Qüds qolunun komandanı general İsmayıl Kaani bildirib ki, Fələstin
müqaviməti (oxu – HAMAS) öz planı və qərarı üzrə gedir: “Hazırda müqavimət hərəkatları bütün
bölgələrdə müstəqil və uyğun strukturlara malikdir”.
Qüds qoşunu xarici kəşfiyyat məsələləri və Xomeyninin “islam inqilabı doktrinasının” xarici
ölkələrdə yayılması, habelə bu ideyaya uyğun təşkilatların quruması ilə məşğul olur.
Məlumatlara görə, o, həm də müxtəlif ölkələrdə “islam müqavimət hərəkatlarını” yaradır,
təlimatlandırır.
İsmayıl Kaani və İranın başqa rəsmiləri belə strukturlar, yaxud “hərəkatlar” yaratdıqları üçün
kənardan arxayınlıqla açıqlamalar verir, törədilən münaqişələrdə İranın əli olmadığını bildirirlər.
Məsələn, Xamənei HAMAS lideri İsmayıl Həniyənin qəbul edəndə bildirmişdi ki, İsrailə
hücumdan xəbərsiz olublar, müharibədə iştirak etmirlər, ancaq bu “hərəkatı” dəstəkləyirlər.
Yeri gəlmişkən, oxşar qruplaşmanı islam respublikasının Bakıdakı nümayəndəsi höccətülislam
Əliəkbər Ocaqnejat Azərbaycan Respublikasında “5-ci kolon” yaratmaqla hazırlayırdı. Buna nail
olmasa da onun əməllərinin izləri qalmamış deyil.
Bundan başqa, İran hakimiyyəti Qumda təhsil alan müxtəlif ölkələrin vətəndaşlarından ibarət
qruplar hazırlayır. Onları öz dövlətlərinə qarşı mübarizəyə yönəldir. İraq, Suriya, Tacikistan,
Əfqanıstan və başqa ölkələrdə, yaxud ölkələr üzrə onun qrupları fəaliyyət göstərir.
Bununla o, həm də başqa ölkələr üçün hazırladıqları “Kataib Hizbullah”, “Həşdi Şəbi”, husi,
“Zeynəbiyyun”, “Fatimiyyun”, “Hüseyniyyun”, “İraq İslam Müqavimət Hərəkatı” və başqa belə
qruplaşmaların gələcək fəaliyyətinə görə məsuliyyət daşımayacaqları ismarışını verib.
Yanvarın 3-də İranın Kerman əyalətində Qasim Süleymaninin ölmünün 4-cü ildönümünə həsr
edilən mərasimə silahlı hücum Tehran rejimin törətdiyi əməllərin nəticəsi də sayıla bilər.
Hakimiyyət Tacikistanla etnik yaxınlığı bəhanə edərək, bu ölkədə də öz ideyalarını yaymaqla
məşğul olur.
Bir neçə il əvvəl Tacikistan Prezident Emaməli Rəhmon ölkə vətəndaşlarını təhsil almaq üçün bu
ölkəyə getməməyə çağırmış, orada təhsil almağı yasaqlamışdı.
Tehranın iddiasına əsasən, Kermandakı partlayış törədənlərdən ikisi Tacikistan vətəndaşıdır.
Bunu taleyin məzəmməti, “nə əkərsən, onu biçərsən”, yaxud “Təsir əks təsirə bərabərdir” qanunu
ilə də izah edib, bumeranq effekti kimi də dəyərləndirmək olar. Odur ki, İranda törədilən silahlı
hücumlar və partlayışlar Tehran rejiminin “verdiyi dərslərin, təlimatların” “icrasıdır”.
İranın Suriya və İraqda ABŞ-nin hərbi bazalarını hədəfə alması qarşı tərəfin də cavabına səbəb
olur. Tehran bu ölkələrdə, Yəməndə və Qəzza zolağında Amerika Birləşmiş Ştatları və İsraillə
müharibə edir. Yəni yaxasını kənara çəksə də bütün göstəriciləri ilə baş verənlərdə İran
hakimiyyətinin izləri görünür.
Ancaq deyəsən, HAMAS-İsrail müharibəsindən Tehran öz payını götürür. Bu savaşda
uduzduqlarını hissi edən Seyid Əli Xaməneinin proseslərin gələcəyindən bəhs etməsi də bunu
təsdiqləyir. O, “X” səhifəsində İsrailin dünya xəritəsindən silinməsi “məsuliyyətini” gələcək nəslin
üzərinə qoyub. Bildirib ki, İsrail hakimiyyətinin (o, “sionist rejimin” yazıb – S.S.) “cinayətləri”
unudulmayacaq, hətta bu rejim yer üzündən “silinsə”də onun əməlləri kitablarda yazılacaq.
Xaməneinin bu ismarışı ivrit dilində yazılıb.
HAMAS-ın Qəzza zolağından, İsraildən çıxarılması İranın və onu müdafiə edən qüvvələrin
regiondan qovulmasının başlanğıcı da ola bilər. Bu ismarış həmin proses üçün açıqlama sayıla
bilər.
İsrailin baş naziri Benyamin Netaniyahu isə bildirib ki, beynəlxalq məhkəmələrin qərarları onlar
üçün qəbuledilməzdir və onlar HAMAS-a qarşı müharibəni axıradək aparacaq, Qəzza zolağını
radikal silahlı qruplaşmalardan azad edəcəklər.
Sədrəddin Soltan
pressklub.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.