Narışkin: Rusiya və ABŞ kəşfiyyatının dialoqu zəruridir

26-01-2024, 11:28           
Narışkin:
Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi arasında dialoq dünyada vəziyyətin çox riskli həddə çatdığı şəraitdə təhlükəli hadisələrin qarşısını ala bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

“Rusiya Xarici Kəşfiyyat Xidməti ilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, yəni dünyanın iki ən nüfuzlu kəşfiyyatı, iki ən güclü nüvə dövlətinin kəşfiyyat xidmətləri arasında dialoq həmişə faydalıdır. Dünya beynəlxalq münasibətlərdə sözün əsl mənasında tektonik vəziyyətdə ikən, birqütblü Amerika mərkəzli dünyadan daha ədalətli və təhlükəsiz çoxmərkəzli dünya nizamına keçidə çatdığından belə dialoq və təmaslar sadəcə zəruridir”, - o qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.