Ukraynanı sevindirən xəbər: Razılaşma əldə edildi

26-01-2024, 10:10           
Ukraynanı sevindirən xəbər: Razılaşma əldə edildi
ABŞ Konqresi Meksika ilə cənub sərhədinin təhlükəsizliyinə dair sazişin mətnini razılaşdırıb. Razılaşma ABŞ-nin keçmiş prezidenti Donald Tramp və müttəfiqlərinin (Respublikaçılar Partiyası) müzakirələri pozmaq cəhdlərinə baxmayaraq əldə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Ukraynaya yardımın yenilənməsi bu sənədin qəbulundan asılıdır, çünki əlavə maliyyə tələbi məhz sərhəd siyasətinə görə təsdiqlənmir.

Britaniya nəşri bildirir ki, sənədin mətni yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

“Konqresdə müzakirə olunan təklif ABŞ-nin cənub sərhədinə rekord sayda insan axını fonunda köçün qarşısını almaq üçün miqrasiya siyasətini ciddi şəkildə dəyişdirəcək. Bu, Demokratlar Partiyasının İsrail və Ukraynaya hərbi yardımda Respublikaçıların dəstəyi müqabilində önəmli güzəştləri əhatə edəcək, - nəşr vurğulayıb.

Məlumatda deyilir ki, yeni qanun qlobal nəticələrə səbəb olacaq. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) xəbərdarlıq edib ki, Rusiya ilə çətin müharibədə Ukraynanın döyüş sursatının tükənmək təhlükəsi var.

Öz növbəsində senat Çak Şumer söyləyib ki, Ukraynadakı müharibənin gələcəyi və Qərb demokratiyasının təhlükəsizliyi Konqresin razılaşmasından asılıdır.

ABŞ Prezidenti Co Bayden bundan əvvəl Ukraynaya 61 milyard dolların ayrılması üçün Konqresə müraciət etmişdi. Respublikaçı konqresmenlər uzun müddətdir bu yardıma mane olurdular.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.