Müxalifət seçkini udsa, "Ferrari", "Volkswagen", "Mercedes"...

26-01-2024, 15:28           
Müxalifət seçkini udsa, "Ferrari", "Volkswagen", "Mercedes"...
Gürcüstanda "Aqmaşenebeli Strategiyası" Partiyasının lideri Georgi Vaşadze vəd edib ki, müxalifət seçkilərdə qalib gələrsə, Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk etmiş qlobal brendləri ölkəyə cəlb edəcək.

Referans.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, söhbət "Mercedes", "Volkswagen", "Apple", "Google", "Amazon", "Ferrari" və digər ciddi şirkətlər kimi nəhənglərdən gedir.

“İvanişvilinin oliqarx hakimiyyətinə görə onlar Gürcüstandan başqa hər yerə gediblər. Əgər bu investisiyaların ən azı 5-7%-i Gürcüstana getsəydi, bu, artıq ölkədəki işsizlik problemini həll edərdi. Amma sistem korrupsiya, qeyri-rəsmi qayda və qəbilə məhkəmələri vasitəsilə idarə olunduğu yerdə investisiyalar axmır. Biz bütün bu şirkətlərlə əlaqə saxlayacağıq və qalib gəlsək, onları ölkəyə gətirəcəyik, hamının layiqli işi olacaq”, - Vaşadze bildirib.

Hakim partiya isə Vaşadzeni “cilovsuz populist” adlandırmaqla cavab verib.

"Bu, Gürcüstanın niyə kosmosa raket buraxmadığına bənzəyir", - parlament çoxluğunun üzvü İrakli Kadagişvili qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru