“Təhlükəli gəlişmədir, nəticəsi fəlakətli ola bilər” – Erməni general

26-01-2024, 18:24           
“Təhlükəli gəlişmədir, nəticəsi fəlakətli ola bilər” – Erməni general
Rusiyaya ilə münasibətlərinin kəskinləşməsi Ermənistanı təhlükə qarşısında qoyur.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan deyib.

Onun sözlərinə görə, Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyinə münasibətdə davranışları çox təhlükəlidir:

“Bu, Ermənistan üçün təhlükəli oyundur. Amma oynayan tərəf Ermənistan rəhbərliyi deyil. Ermənistan rəhbərliyi uzaqdan pultla idarə edilir, idarə edən də Amerika səfirliyində oturub. Mənim onlara qarşı pis bir münasibətim yoxdur, Amerikada oxumuşam, gözəl ölkədir, Londonda oxumuşam, Almaniyada proqramlarda iştirak etmişəm, regionumuzun təhlükəsizliyi üçün mühazirələrə qulaq asmışam. Amma Qərb bizim təhlükəsizliyimizi təmin etməyəcək, mən belə bir şey görmürəm”.

Karapetyan qeyd edib ki, milli təhlükəsizlik vektorunun dəyişdirilməsi bir komponentə bağlı deyil, bütöv dəyişiklik tələb edir. Onun fikrincə, Ermənistanda vektorun dəyişdirilməsi ciddi iqtisadi və enerji problemləri yaradacaq.

Karapetyan Rusiya ilə əlaqələrin kəskinləşməsinin Ermənistan üçün mümkün nəticələrini “fəlakətli” adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.