Paşinyanın Tbilisi səfəri: - Ermənistan Gürcüstandan nə istəyir?

27-01-2024, 00:06           
Paşinyanın Tbilisi səfəri: -
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Məlumata görə, Paşinyan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Səfər çərçivəsində Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyasının iclası da baş tutacaq.

Paşinyanın Gürcüstana getməsini sıradan səfər kimi dəyərləndirən politoloq Turab Rzayev "Sherg.az"a söyləyib ki, Ermənistan rəhbərliyinin səfər edəcəyi bir neçə ölkə var:

"Fransa, Gürcüstan və İran bu ölkələrə nümunədir. Rusiya ilə münasibətləri gərgin olduğuna görə Paşinyan uzun müddət oraya səfər etmir. Gürcüstan və Ermənistan qonşu dövlətlərdir. Eyni zamanda xeyli siyasi cəhətdən əlaqələri mövcuddur. Ermənistana gedən bütün magistral yollar Gürcüstan ərazisindən keçir. İstər limanlara, istərsə də, Rusiyaya gedən yollar Gürcüstan ərazisindən keçir. Ona görə də Gürcüstan, Ermənistan arasında bu cür məsləhətləşmələrin olması normaldır. Eyni zamanda son dönəmlər Qərb tərəfindən Gürcüstana qarşı təzyiqlər var. Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu vermək məsələsi də var idi. Ermənistanda Gürcüstan ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ermənistan bu şəkildə çalışır ki, gələcəkdə Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu alsın. Digər tərəfdən Ermənistanın silahlandırması sahəsində də Gürcüstana qarşı təzyiqlər yaranıb. Qərbin daimi planı İrandan keçməklə Ermənistan və Gürcüstan üzərindən Qara dənizə yol məsələsi idi. İstənilən halda Gürcüstanla müzakirələr Ermənistanın geosiyasi vəziyyətində xususi dəyişikliklər yaratmayacaq. Çünki Ermənistan hazırda Qərb və Şərqin toqquşduğu nöqtədədir. Yəni, Qərb ilə Ermənistan arasında təzyiqlərin yumşalması istiqamətində Gürcüstanın önəmli rolu olmayacaq. Həmçinin, Rusiya təzyiqlərinə qarşı da Gürcüstan Ermənistanı müdafiə edə bilməz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.