Müharibə hansı halda dayandırılacaq? – Putinin şərtləri dəyişdi

27-01-2024, 11:34           
Müharibə hansı halda dayandırılacaq? –
Rusiya qeyri-rəsmi kanallar vasitəsilə ABŞ-yə siqnal verib ki, gələcək mümkün təhlükəsizlik zəmanətləri də daxil olmaqla, Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlara hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg”ə Kremlə yaxın iki mənbə məlumat verib.

Onların sözlərinə görə, Rusiya hakimiyyəti bu siqnalları 2023-cü ilin dekabrında agentliyin həmsöhbətlərinin adını çəkməkdən imtina etdiyi şəxs vasitəsilə yüksək rütbəli Amerika rəsmilərinə ötürüb.

“Bloomberg”in mənbələri iddia edirlər ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın neytral statusunu saxlaması və Kiyevin NATO-ya üzv olmamaq tələblərindən imtina edə bilər. Əvəzində Moskva israr edəcək ki, Kiyev son illərdə Rusiya tərəfindən ələ keçirilmiş ərazilər üzərində Rusiyanın nəzarətini tanısın.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Vatson deyib ki, Rusiyanın mövqeyindəki dəyişiklikdən xəbərsizdir: “Rusiya ilə danışıqların olub-olmaması, nə vaxt və necə aparılacağına Ukrayna qərar verəcək”.

Agentlik yazır ki, Amerika rəsmiləri bu cür təkliflərdən xəbərsizdirlər və Putinin hərbi əməliyyatların dayandırılmasına ciddi yanaşdığını göstərən əlamətlər görmürlər. Bununla belə, mənbə Rusiyanın danışıqlara açıq olduğunu iddia edir.

Müəllif: Mənsur Rəğbətoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru