Ağ Ev məmurlar üçün yeni siyasət tətbiq etməyə başlayıb

27-01-2024, 10:31           
Ağ Ev məmurlar üçün yeni siyasət tətbiq etməyə başlayıb
ABŞ Prezident Administrasiyası yüksək vəzifəli məmurlar üçün yeni siyasət tətbiq etməyə başlayıb. Buna səbəb müdafiə naziri Lloyd Ostinin planlaşdırılmamış qəfil xəstəxanaya yerləşdirilməsi olub ki, bu da hökumət strukturlarının işinə maneçilik yaradıb.

Bu barədə “Report” “Bloomberg”ə istinadən xəbər verir.

Nazirlər Kabinetinin katiblərinin riayət etməli olduqları yeni prosedurlar Ağ Evin Aparat rəhbəri Jeff Zayents tərəfindən qeyd edilib.

Beləliklə, indi kabinet üzvlərindən xəstəxanaya yerləşdirməyə və ya ümumi anesteziya tələb edən tibbi prosedura hazırlaşarkən, yaxud kommunikasiyaya çıxışı məhdud olan və ya olmayan ərazilərə səyahət edərkən Nazirlər Kabinetinin İşlər İdarəsinə və Ağ Evin Baş Qərargah rəisinə məlumat vermələri tələb olunur.

“Bu proses vasitəsilə biz bütün agentliklərin səlahiyyətlərin verilməsi zamanı riayət etməli olduqları bir sıra standart protokollara malik olmasını təmin edirik”, - deyə Zayents qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru