Hindistan Rusiya silahlarından imtina edir..?

29-01-2024, 00:12           
Hindistan Rusiya silahlarından imtina edir..?
...Hindistan Ukrayna böhranı və Vaşinqtonun təzyiqi səbəbindən Rusiyadan silah tədarükündən “uzaqlaşmaq istəyir”.
SİA-nın əldə etdiyi məlumata görə, bunuReuters mənbələri bildiriblər.

No, amma bəzi mənbələrə görə,Moskva və Dehlinin hərbi-texniki imkanlarıgüclənərək, guya yeni səviyyəyə qalxır.

Reuters yazır. Reuters yazır ki, ABŞ Hind-Sakit Okean regionunda əlaqələri gücləndirməyə çalışarkən dünyanın ən böyük silah idxalçısı tədricən Qərbə üz tutur.

Təbii ki, yüksələn Çini cilovlamaq və Hindistanı Rusiyadan ənənəvi silah asılılığından xilas etmək ümidi ilə...

Bu arada Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, son iyirmi ildə 60 milyard dollardan çox silah alan Hindistanın bu silahın 65 faiziniRusiyadan alıb.

Rusiyanın silah ixracı böyük ölçüdə stabilləşib və Hindistan onun silah və neftinin ən böyük alıcısı kimiRusiya ilə münasibətlərdə incə xətt getməlidir.

Qeyd edək ki, bunu Hindistan tədqiqat mərkəzi olan Observer Research Foundationun vitse-prezidenti Nandan Unnikrişnan bildirib.

...Onun sözlərinə görə, hərbi ticarətin dayandırılması Moskvanı Dehlinin rəqibi Pekinə yaxınlaşdıracaq.

Öz növbəsində, TASS-ın Nyu-Dehlidəki müdafiə dairələrindəki mənbəsi bildirib ki, Qərb ölkələri Hindistanla hərbi-texniki əməkdaşlıq qurmaqda çətinlik çəkirlər, Moskva və Yeni Dehli bunu çoxdan həyata keçirir və növbəti səviyyəyə çatır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.