İranın XİN başçısı Pakistana səfər edib

29-01-2024, 09:36           
İranın XİN başçısı Pakistana səfər edib
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Pakistana səfər edib.

APA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər İran silahlı qüvvələrinin Pakistan ərazisində yerləşən “Ceyş əl-Ədl” qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin həlli çərçivəsində baş tutub.

“İran xarici işlər naziri İslamabada Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilanın dəvəti ilə gəlib”, - deyə xəbərdə bildirilir:

Nur Xan hava limanında onu Pakistanın xarici işlər nazirinin Əfqanıstan və Qərbi Asiya məsələləri üzrə müavini qarşılayıb.

Səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulub.

Danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş əl-Ədl” qruplaşmasının iki qərargahına hücumu nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru