Bu gün Ukraynadır, sabah Tayvan… - Stoltenberq

29-01-2024, 12:18           
Bu gün Ukraynadır, sabah Tayvan… - Stoltenberq
NATO Ukraynanı müəyyən mərhələdə tam üzvlüyə dəvət etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq “Foks TV”yə müsahibəsində deyib.

O, NATO-nun müharibənin qarşısını almaq üçün yaradıldığını xatırladıb.

“Mən Norveçdənəm, Rusiya ilə həmsərhədik. Norveç NATO-ya üzv olanda Sovet İttifaqı bunu təxribat adlandırdı. Bu, təxribat deyildi və hər bir suveren xalqın öz yolunu seçmək hüququdur. Eyni hüquq İsveç və Finlandiyada, həmçinin Ukraynada da var”, - Stoltenberq bildirib.

Onun sözlərinə görə, Putinin Ukraynada istədiyinə nail olmaması çox vacibdir, çünki bu, digər avtoritar rejimləri ruhlandıracaq.

“Bu gün Ukraynadır, sabah Tayvan ola bilər. Ona görə də bizim, ABŞ-ın Ukraynanı dəstəkləməsi, həmçinin müəyyən mərhələdə onları Alyansın tamhüquqlu üzvü olmağa dəvət etmək yaxşı haldır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru