İran hansı məntiqlə ABŞ bazasına hücum əmri verib?

29-01-2024, 16:24           
İran hansı məntiqlə ABŞ bazasına hücum əmri verib?
ABŞ-ın İordaniyadakı hərbi bazasına hücum olub və amerikalı hərbçilər arasında ölənlər və yaralananlar var. Vaşinqton buna seyrçi qalmayacaq. ABŞ Prezidenti Co Bayden İranı cəzalandıracağını açıqlayıb. Ağ Ev İrana qarşı gizli əməliyyat imkanlarını nəzərdən keçirir.

Bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün ABŞ-ın İordaniyadakı bazasına PUA hücumu nəticəsində 3 əsgərin ölməsi, 34 əsgərin yaralanması ilə bağlı qeyd edib.

Ekspert bunun fonunda Kirman teraktını xatırladıb:

“İran Kirman teraktına cavab olaraq İraq və Pakistan ərazilərinə zərbələr endirdi və bu, Tehranın qonşu ölkələrlə münasibətlərində əlavə gərginlik yaratdı. Tehranın indiki vəziyyətdə nəzarətindəki silahlı qrupları ABŞ hərbi bazasına hücuma həvəsləndirmək nəyinə lazım idi? Axı Tehran məntiqlə ABŞ-la əlavə gərginlikdən çəkinməlidir, çünki İrandakı dairələr cavabın necə və hansı formada olacağını müəyyənləşdirə bilməzlər”.

E.Şahinoğlunun fikrincə, İranda qərar verən müxtəlif mərkəzlərin məntiqi olsaydı, Yəməndəki husiləri Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara həvəsləndirən dəstək açıqlamaları verməzdilər, qonşu Azərbaycanla münasibətləri normallaşdırmaq üçün zəruri addımlar atardılar:

“Bu baxımdan ABŞ-ın Yaxın Şərqdəki hərbi bazasına hücumun da arxasında eyni “məntiq” dayanır”.


Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru