Zelenskidən Üçüncü Dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ:

29-01-2024, 16:47           
Zelenskidən Üçüncü Dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ:
“Ukrayna münaqişəsi Üçüncü Dünya müharibəsinə çevrilə bilər”.

Sfera.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib.

“Mənə elə gəlir ki, Almaniya kansleri Olaf Şolz bu riskdən xəbərdardır. Rusiya NATO ölkəsini vursa, bu, Üçüncü Dünya Müharibəsinin başlanğıcı olacaq”, - Ukrayna lideri bildirib.

Zelenski həmçinin, Almaniyanın dəstəyi ilə bağlı məyusluğunu ifadə edib:

“2014-cü ildə Rusiyanın Krımı işğal etməsinə səbəb Qərbin zəif reaksiyası olub. Bu isə nəticədə 2022-ci ilin fevralında Moskvanın hücumuna zəmin yaradıb. Lakin burada söhbət təkcə Olaf Şolzdan getmir. Bu, Avropa liderlərinə və ABŞ-yə aiddir. Biz xalqımıza, tərəfdaşlarımıza, sülh perspektivinə inanmalıyıq. Rusiyanı həm geosiyasi, həm də maliyyə cəhətdən dayandırmaq olar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.