Zaxarova Baydeni ələ saldı: Texası "azad etmək" üçün...

30-01-2024, 00:04           
Zaxarova Baydeni ələ saldı: Texası "azad etmək" üçün...
ABŞ prezidenti Co Baydenin demokratiya naminə Texas sakinlərini “azad etmək” üçün beynəlxalq koalisiya yaratmasının vaxtı çatıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Amerika prezidentinin, sələfi Obamanın ən yaxşı ənənələrinə uyğun olaraq, Texasın getməli olduğunu bəyan etməsinin vaxtıdır", - Zaxarova Telegram kanalında yazıb.

Cümə günü Texas qubernatoru Qreq Abbott qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Meksika ilə sərhəddə quraşdırılmış maneələrin sökülməsi ilə bağlı ABŞ federal orqanları ilə potensial münaqişəyə hazır olduğunu söyləyiib.

Bundan əvvəl ABŞ Ali Məhkəməsi administrasiyanın tələbi ilə Texas hakimiyyətinin Meksika ilə sərhəddə yerləşdirdiyi tikanlı məftillərin sökülməsinə icazə verib. Texas qubernatoru miqrantlarla bağlı vəziyyətə görə "işğal" və özünümüdafiə tədbirləri elan edərək, federal hakimiyyət orqanlarının sərhədi qoruya bilmədiyi halda ştatın öz siyasətlərini həyata keçirəcəyini vurğulayıb.

Amerikanın 25 ştatının respublikaçı qubernatorları ABŞ prezidenti Co Baydeni qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq istəməməkdə ittiham edib və Texas hakimiyyəti ilə həmrəy olduqlarını bəyan ediblər.
Mənbə: publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.