Latviya daha Rusiya və Belarusdan taxıl almayacaq..?

30-01-2024, 11:25           
Latviya daha Rusiya və Belarusdan taxıl almayacaq..?
Latviyada hakim koalisiya Rusiya və Belarusdan ölkəyə taxıl idxalının qadağan edilməsi ilə bağlı siyasi razılıq əldə edib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Delfi” məlumat yayıb.

Baş nazir Evika Silina (Yeni Birlik partiyasından), Kənd Təsərrüfatı Naziri Armands Krause (Yaşıllar və Kəndlilər Birliyi) və Seymdəki Tərəqqi Partiyasının fraksiyasının rəhbəri Andris Şuvaevs yanvarın 29-da koalisiyanın iclasından sonra fevralda nəzərdə tutulan müvafiq qanun layihəsini təsdiq ediləcəyini açıqlayıblar.

Qeyd edək ki, Rusiya və Belarusdan taxıl idxalına qadağa qoyulması məsələsi Latviyada çoxdan müzakirə edilirdi, lakin indiyə qədər hakim koalisiya hesab edirdi ki, bu, ən yaxşısı Avropa İttifaqı səviyyəsində birgə qərarla edilməlidir.

Belə ki, birtərəfli qadağanın heç bir mənası olmayacaq, çünki Rusiya taxılı hələ də digər Avropa İttifaqı ölkələri vasitəsilə Latviyaya düşə bilər.

Latviya prezidenti ötən həftə Rusiyanın taxıl idxalına birtərəfli qadağa qoyulmasını dəstəklədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru