Avstriyadan kritik xəbərdarlıq: AB-Rusiya müharibəsi qaçılmazdır

30-01-2024, 15:44           
Avstriyadan kritik xəbərdarlıq:
Avstriyanın müdafiə naziri Tannerin və general-mayor Vorhoferin açıqladığı “2024 Risk Hesabatı”nda AB ilə Rusiya arasında müharibə ehtimalının yüksək olduğuna diqqət çəkilib.

Vorhofer AB ilə Rusiya arasında qarşıdurma ehtimalının builki risk hesabatının başında yer aldığını ifadə edib:

"2024-cü ildə hibrid müharibəsi yaşama ehtimalımız çox yüksəkdir".

O, dünyada müharibə və qarşıdurmalarla bağlı nizamsızlığın ən azı 20 il davam edəcəyini iddia edib. Hesabtda müharibədən başqa bu il Avstriyaya da təsir edəcək digər riskli vəziyyətlərə də toxunulub.

Münaqişələr səbəbindən tədarük zəncirində yarana biləcək pozulmalara, miqrasiya dalğasının yaratdığı neqativlərə, kiberhücum təhlükəsinə və saxta xəbərlərə diqqət çəkən Vorhofer, xarici ünsürlərin Avropadakı inteqrasiya proseslərini pozmağa cəhd etməsi riskini də vurğulayıb.

Müdafiə naziri Tanner də sözügedən risklərə qarşı Avropada əməkdaşlığın vacibliyinə işarə edib:

"Dünya nəzarətdən çıxsa belə, buna əməl etməliyik".

Tanner risklərə görə neytral Avstriyanın Almaniyanın rəhbərlik etdiyi Avropa Göy Qalxanı Təşəbbüsünə daxil edildiyini xatırladıb.

Roza Şəfiyeva


Mənbə: publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.