Paşinyan bu üç məsələni Konstitusiyadan çıxarır - “Past”

30-01-2024, 12:05           
Paşinyan bu üç məsələni Konstitusiyadan çıxarır - “Past”
Ermənistan Baş naziri Nikol Paşinyan Konstitusiyanı Azərbaycan və Türkiyəyə görə dəyişmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Nəşr hesab edir ki, Paşinyan Konstitusiyadan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları, eləcə də “erməni soyqırımı”nın tanınması məsələsinin yer aldığı Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaq istəyir.

Qəzet Ermənistan baş nazirinin digər hədəfinin kilsə olduğunu iddia edir:

“Erməni Apostol Kilsəsinin xüsusi statusu ilə bağlı müddəanın Konstitusiyadan çıxarılacağı da ehtimal edilir”.

Nəşrin yazdığına görə, Paşinyan bunlarla yanaşı, erkən seçkilərdən yayınmaq üçün referendum keçirməyə çalışacaq:

“Diplomatik mənbələrimizə görə, Qərb Paşinyanın seçkilərə getməsi və (Azərbaycanla) sülh müqaviləsini imzalaması üçün tam legitimlik əldə etməsini istəyir. Növbədənkənar seçkilərin mayda, fors-major hallarda isə sentyabrda keçirilməsi məqsədəuyğun hesab edilir”.

“Hraparak” hesab edir ki, son zamanlarda reytinqi aşağı düşən Paşinyan referendumu erkən seçkilərdən əvvəl bir növ etimad testi kimi keçirmək istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.