"Bu oliqarxın gürcü xalqını ələ salmasıdır" — Saakaşvili

30-01-2024, 17:32           
"Bu oliqarxın gürcü xalqını ələ salmasıdır" — Saakaşvili
"Qaribaşvilinin istefası və Kobaxidzenin təyinatı oliqarxın gürcü xalqını ələ salmasıdır".

News24.az xəbər verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvilinin istefasına münasibət bildirən eks prezident Mixeil Saakaşvili sosial şəbəkədə qeyd edib.
O bildirib ki, masa ətrafında dəyişən stulların karuseli heç nəyi dəyişmir:

"Masanın ətrafındakı stulların karuseli adi bir gürcü üçün heç nəyi dəyişmir. Analar övladları üçün bir loxma almaq üçün qeyri-bərabər mübarizə aparmağa davam edəcəklər. Tələbələr qəbul etdikləri peşəyə uyğun olaraq yenidən işlə təmin oluna bilməyəcəklər. Xaricdə yaşayan uşaq və nəvələrin beynəlxalq zəngləri nənə və babalar üçün yeganə sevinc olacaq. Bu “bandanın” yeganə məqsədi Bidzinanı daha da zənginləşdirmək və hakimiyyəti gücləndirməkdir. Onları insanların taleyi qətiyyən maraqlandırmır”, - deyə Mixeil Saakaşvili qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru