Trampın Mİ6-nın keçmiş casusuna və “Orbis” kəşfiyyat şirkətinə qarşı iddiası rədd edilib

2-02-2024, 07:55           
Trampın Mİ6-nın keçmiş casusuna və “Orbis” kəşfiyyat şirkətinə qarşı iddiası rədd edilib
"Əslində iddiaçı məhkəmədəın öz nüfuzuna haqq qazandırmaq nəticəsi istəyir"

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Mİ6-nın keçmiş casusu Kristofer Stil və siyasətçinin Kremllə əlaqələrini araşdıran biznes kəşfiyyat şirkəti “Orbis”ə qarşı iddiası rədd edilib. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Amerikanın keçmiş liderinin Rusiya liderləri ilə əməkdaşlığına dair məlumatların yer aldığı iddia edilən “Kreml dosyesi”nin dərcindən sonra Tramp Stili “əhəmiyyətli zərər vurma və əzab verməyə” görə məhkəməyə verib. Tramp həmçinin hesabatlarda yer alan məlumatların yalan olması ilə bağlı məhkəmədən təsdiq almaq niyyətində olub.

Hakim Karen Steyn iddianı rədd edib və dosyedəki məlumatların düzgünlüyünü yoxlamaqdan imtina edib. Hakim Trampın “çəkdiyi əziyyətə” görə kompensasiya almaq şansının olmadığını deyib.

"Əslində iddiaçı məhkəmədəın öz nüfuzuna haqq qazandırmaq nəticəsi istəyir", - deyə hakim qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.