Aİ liderləri: Ukrayna ilə bağlı verilən qərar həm Putin, həm də ABŞ üçün siqnaldır

2-02-2024, 11:34           
Aİ liderləri: Ukrayna ilə bağlı verilən qərar həm Putin, həm də ABŞ üçün siqnaldır
Avropa İttifaqının Ukraynaya yardımı təsdiqləməsi qərarı həm Putin, həm də ABŞ üçün siqnaldır.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen birgə keçirdikləri mətbuat konfransında deyiblər.

Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib ki, Avropa İttifaqının Ukraynaya 50 milyard avro yardımla bağlı razılaşması Rusiya Prezidenti Vladimir Putinə güclü mesajdır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Ukraynaya verilən dəstəyin ABŞ vergi ödəyicilərinə də bir mesaj olduğunu bildirib:

"Ukrayna həm də bizim inandığımız dəyərlər uğrunda, BMT Nizamnaməsindəki prinsipləri qorumaq üçün savaşır. Biz Ukraynaya hərbi, maliyyə yardımı ilə yanaşı, siyasi dəstək də veririk. Bütün bunlar göstərir ki, biz Kremlin, Moskvanın davranışından çəkinmirik. Mən ABŞ-nin adından danışa bilmərəm, ancaq əminəm ki, bugünkü qərar həm də ABŞ-də Ukraynaya dəstək verməkdə qərarlı olanlara yardım edəcək".

Şarl Mişel qeyd edib ki, bu qərar gələcəkdə Ukraynaya sabit dəstəyi təmin edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru