Fələstin hökuməti ABŞ konqresmenlərinin qərarını pisləyib

2-02-2024, 09:44           
Fələstin hökuməti ABŞ konqresmenlərinin qərarını pisləyib
Fələstin hökuməti amerikalı konqresmenlərin Fələstin Azadlıq Təşkilatının (FAT) bütün üzvlərinin ABŞ-a girişini qadağan etmək qərarını pisləyib.

“Fələstin Prezidentinin Administrasiyası ABŞ Nümayəndələr Palatasının Fələstin Azadlıq Təşkilatı üzvlərinin ABŞ-a girişini qadağan edən qərarını pisləyib”, - WAFA informasiya agentliyinin məlumatında deyilir.

Administrasiyadan vurğulayıblar ki, Nümayəndələr Palatasının qərarı ABŞ hökumətinin daha əvvəl bəyan etdiklərinə ziddir və Fələstin-İsrail münaqişəsinin beynəlxalq legitimlik əsasında iki dövlət prinsipinə uyğun həllində onların roluna və nüfuzlarına mənfi təsir göstərəcək.

“ABŞ Nümayəndələr Palatasının qərarı təhlükəlidir, Fələstin xalqının hüquqlarına xələl gətirir, BMT-nin Fələstin xalqının hüquqlarını tanıyan və Fələstin Azadlıq Təşkilatını Fələstin xalqının yeganə qanuni nümayəndəsi kimi tanıyan qətnaməsini rədd edir. Bu qərar bütün səviyyələrdə regionda sabitlik və təhlükəsizlik maraqları naminə müvafiq ab-hava yaratmaq üçün göstərilən səylərə xidmət etmir”, - Fələstin hökumətinin yaydığı kommünikedə deyilir.
TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.