“BU HALDA UKRAYNA MÜHARİBƏNİ UDUZACAQ” – Zelenskidən xəbərdarlıq

9-04-2024, 09:04           
“BU HALDA UKRAYNA MÜHARİBƏNİ UDUZACAQ” –
“Qərbin yardımı olmasa, Ukrayna müharibəni uduzacaq”.

“AzPolitika” xəbər verir ki, Prezident Vladimir Zelenski Ukrayna üçün ianə toplayan bir sıra Qərb mədəniyyət xadimləri, elm adamları və iş adamları ilə görüşündə bildirib.

“ABŞ Konqresi Ukraynanı dəstəkləməsə, Ukrayna bu müharibəni uduzacaq. Konqresin dəstəyi olmadan bizim üçün nəinki qalib gəlmək, hətta düşməni təmas xəttində cilovlamaq çətin olacaq” – deyə, Ukrayna Prezidenti qeyd edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson bir müddət əvvəl bildirmişdi ki, aprelin 9-da başa çatan Pasxa bayramlarından sonra konqresmenlər Ukraynaya yardım haqqında qanun layihəsini müzakirə edəcəklər.

Eyni zamanda o qeyd edib ki, bu, çətin proses olacaq və hər iki tərəfin razılığını tələb edəcək. Çünki Nümayəndələr Palatasında qüvvələr nisbəti demək olar ki, bərabərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru