Ermənistan MDB XİN başçılarının iclasında iştirak etməyəcək 9-04-2024, 12:04 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan MDB Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.Referans.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.Nazirliyin mətbuat katibi Ani Badalyan sözügedən addımın səbəblərini şərh etməyib. Facebook-da paylaş