Ermənistan DİN: Azərbaycanlı diversantın saxlanılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil

9-04-2024, 17:24           
Ermənistan DİN: Azərbaycanlı diversantın saxlanılması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil
Ermənistan Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə İrəvanın mərkəzində guya azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Moderator.az "Sputnik-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan DİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, İrəvanın mərkəzində polis rusiyalı turisti onun üzərində narkotik maddənin olmasında şübhəli bilərək saxlayıb.

Hadisənin ötən gün axşam saatlarında baş verib. Lakin onun üzərindən narkotik maddə tapılmayıb. Məlum olub ki, o, Ermənistana turist kimi gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru