Rusiyadan növbəti plan – Gürcüstanı yarmaqla Ermənistana…

9-04-2024, 12:49           
Rusiyadan növbəti plan – Gürcüstanı yarmaqla Ermənistana…
Rusiyanın hərbi-siyasi elitası Gürcüstanı yarmaqla Ermənistana hərbi dəhlizin açılmasını müzakirə edib.

Gürcüstan vasitəsilə Ermənistana hərbi dəhlizin açılması planı aprelin 5-də Rusiya Baş Qərargahında Ermənistan-Aİ-ABŞ görüşündən əvvəl müzakirə olunub.

Rusiya KİV-lərinin məlumatına görə, planda Rusiya ordusunun Cənubi Osetiyadan hərəkətə keçərək, Tiflisin ətrafı ilə Sadaxlı yaşayış məntəqəsinə irəliləməsi nəzərdə tutulub. Əməliyyatın həyata keçirilməsi üçün 5 saat müddət nəzərdə tutulub.

Məlumata əsasən, Rusiya ordusunun Gürcüstandan keçməklə Ermənistan sərhədinə çıxması planı hələ də masa üzərindədir./milli.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru