Şolts Azərbaycan və Ermənistan liderlərinin Berlində yeni görüşünü təşkil etmək istəyir?

10-04-2024, 10:14           
Şolts  Azərbaycan və Ermənistan liderlərinin Berlində yeni görüşünü təşkil etmək istəyir?
Almaniya kansleri Olaf Şolts böyük ehtimalla Azərbaycan və Ermənistan liderlərinin Berlində yeni görüşünü təşkil etmək istəyir. Kanslerin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığını bununla izah etmək olar.
Doğrudur, telefon danışığında əsasən iki ölkə arasındakı münasibətlər müzakirə edilib.
Buna baxmayaraq, Olaf Şoltsun Paşinyanın Berlində yeni görüş təklifinə münasibətini öyrəndiyi də istisna deyil, sadəcə bunu bəri başdan açılanması lazım bilinmir.
Bu ehtimalla Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, onun da eyni mövzuya münasibətini öyrənəcək.
Şolts İlham Əliyevin Fransanın vasitəçiliyindən imtinasından istifadə edərək Almaniyanın bu məsələdə rolunu artırmağa, yəni ön plana çıxmağa çalışır. Rəsmi Bakı Berlinin təşəbbüslərinin əleyhinə deyil. Bu il ərzində Münhendə və Berlində görüşlət təşkil edilmişdi.
Elxan Şahinoğlu
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.