Bayden İranı İsrailə hücum etməməyə çağırıb

13-04-2024, 09:39           
Bayden İranı İsrailə hücum etməməyə çağırıb
ABŞ Prezidenti: "İsrailin müdafiəsinə kömək edəcəyik'

İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinə İsrailin bu yaxınlarda endirdiyi zərbəyə cavab olaraq Tehran hərbi güc tətbiq etmək niyyətində olsa, bu, alınmayacaq.

AYNA xəbər verir ki, bu bəyanatla ABŞ Prezidenti Cozef Bayden çıxış edib.

O, Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz İsraili dəstəkləyəcəyik, İsrailin müdafiəsinə kömək edəcəyik. İran isə buna nail olmayacaq”.

Eyni zamanda, Amerika lideri Tehranı hazırkı vəziyyətdə güc tətbiq etməməyə çağırıb. İndi İrana hansı mesajı göndərmək istərdiniz sualına Bayden “bunu etməyin” deyə cavab verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru