Polşa qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Belarusla sərhədini möhkəmləndirir

10-05-2024, 12:34           
Polşa qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Belarusla sərhədini möhkəmləndirir
Polşanın müdafiə naziri cümə axşamı bildirib ki, ölkəsi qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Belarusla sərhəddə metal səddi möhkəmləndirir.

"Biz Polşa-Belarus sərhədindəki səddi düzəldir, bu səddini möhkəmlədirik. Bu məqsədlər üçün xərclər [Polşa] tarixində ən yüksək xərclərdir" - deyə, Vladislav Kosiniyak-Kamış özəl Radio Zet-də bildirib.

Kosinyak-Kamış deyib ki, Polşa və müttəfiqlərinin hərbi qüvvələrinin sərhədə yaxın bölgələrdə mövcudluğunun artması da NATO və Avropa İttifaqının şərq sərhədlərinin sərtləşdirilməsinə yardım edir. Bu sərt tədbirlər Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra artıb.

O, Baltikyanı ölkələrin artıq atdığı addımlar kimi - Polşanın həmin sərhəddə və Rusiyanın anklavı Kalininqradla sərhədində müdafiə bunkerləri, səngərlər və xəndəklərin inşasının lehinə danışıb.

Polşa deyir ki, xüsusilə 2022-ci ildə Belarusdan kütləvi qanunsuz miqrasiya dalğası Ukraynanın müttəfiqi olan Polşanı və Avropa İttifaqında sabitliyi pozmaq üçün bu ölkə və Rusiya tərəfindən təşkil edilib. Bu axının qarşısı əsasən Polşanın keçən il tamamladığı metal maneə ilə alınsa da, bəzi qeyri-qanuni keçidlər qalmaqda davam edir.

Nazirin şərhləri onu da deməyə əsas verir ki, sədd Rusiyanın Polşa ilə həmsərhəd olan Ukrayna ilə müharibəsi zamanı daha geniş müdafiə tədbiri kimi görünür.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.