ABŞ Gürcüstanı “Xarici təsir” qanununa etiraz edənlərə fiziki hücumlarla bağlı araşdırma aparmağa çağırıb

10-05-2024, 11:39           
ABŞ Gürcüstanı “Xarici təsir” qanununa etiraz edənlərə fiziki hücumlarla bağlı araşdırma aparmağa çağırıb
ABŞ Dövlət Departamenti Gürcüstanı “Xarici təsir” qanununa etiraz edənlərin məruz qaldığı fiziki hücumlarla bağlı hərtərəfli araşdırma aparmağa çağırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə ötən gün Dövlət Departamentinin mətbuat katibi Metyu Miller gündəlik brifinqində bildirib.

Ətraflı O, ABŞ-ın qanun layihəsinə etiraz edənlərə qarşı fiziki təzyiqlərin artmasından xəbərdar olduğunu deyib.

“Biz qanun layihəsinə etiraz edənlərə qarşı əməllərə, qanun layihəsinin irəli aparılmasına dair fəaliyyətlərə görə dərin narahatlıq keçiririk. Biz vətəndaş cəmiyyətinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki təzyiqlərin artması ilə bağlı xəbərlərin artmasından xəbərdarıq. Biz bunu qınayırıq və tam, müstəqil və vaxtında araşdırmaya çağırırıq”, - Miller deyib.

Metyu Miller ABŞ-ın Gürcüstanla 30 ildən çoxdur ki, əməkdaşlıq etdiyini və bunun davam etdirilməsini istədiyini qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.