Pənah Hüseyn bu dairədən namizəd olacaq - Özü açıqladı

10-05-2024, 18:21           
Pənah Hüseyn bu dairədən namizəd olacaq - Özü açıqladı
“Azərbaycan Xalq Partiyası (AXP) parlament seçkilərində iştirak etməyə hazırlaşır”.

Bunu “AzPolitika”ya açıqlamasında adıçəkilən partiyanın sədri Pənah Hüseyn bildirib. O, qeyd edib ki, hazırda partiyada namizədlərin dəqiqləşdirilməsi prosesi davam edir.

“Mən özüm 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm” – deyə, P. Hüseyn bildirib.

Qeyd edək ki, 2020-ci il 9 fevralda keçirilmiş növbədənkənar seçkilərdə Sabirabad-Şirvan seçki dairəsi mövcud olmayıb. Bu dairə Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin sentyabr ayında keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi nəticəsində yaranıb.

Həmin vaxta qədər 68 saylı dairə Cəlilabad kənd seçki dairəsi adlanırdı. Həmin dairədən YAP-ı təmsil edən poiltoloq Elman Nəsirov deputat seçilib.

Ötən ilin MSK-nın qərarına əsasən, Azərbaycan Respublikasının seçki dairələrinin siyahısı təsdiqlənərkən Cəlilabad kənd seçki dairəsinin də sıra sayı dəyişdirilib və 72 saylı dairə kimi qeyd olunub. Buna görə də, Elman Nəsirov Milli Məclisdə 72 saylı Cəlilabad kənd seçki dairəsini təmsil edir.

Növbəti parlament seçkilərində 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən ilk dəfə namizədlər irəli sürüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru