MSK sədrindən növbəti seçki açıqlaması – “Bu tarixdən arxaya çəkilə bilməz”

10-05-2024, 18:50           
MSK sədrindən növbəti seçki açıqlaması – “Bu tarixdən arxaya çəkilə bilməz”
Qanunvericiliyin tələbinə uyğun olaraq, noyabrın 3-ü parlament seçkiləri keçirilməlidir.

TEREF APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, COP29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur: “Seçkilərdən əvvəl MSK hər zaman geniş maarifləndirmə tədbirləri həyata keçirir. Bunun artıq vaxtı çatıb. Bu günlərdə hətta biz iclasda maarifləndirmə proqramını tərtib etməyi də müzakirə etdik. Həmin proqram əsasında tədbirlərimizi həyata keçiririk. COP-29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur. Dəyişəndə də qanunvericiliyin tələbinə uyğun olaraq, ancaq seçki irəli çəkilə bilər. Qanunvericiliyin tələbinə görə parlament seçkiləri noyabrın ilk bazar günündən arxaya çəkilə bilməz. Biz hətta noyabr ayının əvvəli üçün də təcili maarifləndirmə tədbirlərinə başlamalıyıq ki, onunla bağlı fəaliyyətimizi həyata keçirək. Bu günlərdə əməli addımların şahidi olacaqsınız”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.