Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq

14-05-2024, 11:04           
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
Serbiyanın Ukraynadakı səfiri tezliklə Kiyevə qayıdacaq.
Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşündən sonra özünün instaqram səhifəsində bildirib.

“Biz ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını müzakirə etdik və razılaşdıq ki, tezliklə iki ölkənin sahibkarları üçün iqtisadi forum təşkil edək”, – Vuçiç, həmçinin qeyd edib.

Qeyd edək ki, 2022-ci il martın əvvəlində Serbiyanın Kiyevdəki səfirliyi təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırıb və işçilər Belqrada təxliyə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru