Fitso sui-qəsdi müəmmalıdır

16-05-2024, 10:08           
Fitso sui-qəsdi müəmmalıdır
Ötən həftə Bakıda səfərdə olan və Avropada Azərbaycana qarşı siyasəti tənqid edən Slovakiya baş naziri Robert Fitsonun güllələnməsi bizim üçün də diqqətçəkən hadisədir.
Və təbii olaraq, baş nazirin güllələnməsinin pərdəarxası maraqlıdır.
Fitso Rusiyameylli siyasətçi kimi tanınır, çıxışlarında və siyasətində bunu açıq şəkildə nümayiş etdirir. Ukrayna müharibəsində Qərbi ittiham edən mövqeyə malikdir, o cümlədən, Kiyevə hərbi texnika göndərilməsində iştirak etmək istəmir.
Bu kontekstdə ona qarşı törədilən sui-qəsd diqqəti Qərbə yönəldir və belə görünür ki, Avropa öz daxilində “etiraz səslərini” boğur. Hərçənd, bir ölkənin baş nazirinin küçədə nümayişkərana formada güllələnməsi Qərbin taktikasına bənzəmir.
Qərb siyasətini qəbul etmədiyi iqtidarlara qarşı siyasi-iqtisadi rıçaqlarını işə salır, yaxud “rəngli inqilab” ssenarisindən istifadə edir. Bu baxımdan, Fitso sui-qəsdi müəmmalıdır.
Polis tərəfindən saxlanılan sui-qədçinin təqaüdçü olması hadisədə daxili etiraz motivinin daha çox olduğuna dair ilkin ehtimalı önə çıxarır.
Asif Nerimanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru