Ermənistanda cəmiyyətin əksər hissəsi radikalların arxasınca getmək istəmir

16-05-2024, 10:34           
Ermənistanda cəmiyyətin əksər hissəsi radikalların arxasınca getmək istəmir
Erməni keşiş mitinq və küçə yürüşlərinə fasilə vermək məcburiyyətində qalıb. Kütləvilik alınmadı. Keşiş növbəti mərhələdə küçədən otaq müzakirələrinə keçməyi planlaşdırır, o müxalifət nümayəndələri ilə görüşlərə start veriləcək.
Bu mərhələ də nəticə verməyəcək. Müxalifət keşişin işə yaramadığını anlamağa başlayıb. Baş nazir Nikol Paşinyan keşiş və onun arxasınca gedənlərdən narahat olsaydı, Danimarkadakı konfransa getməz, İrəvanda qalardı.
Müxalifət keşişi də xərcləyəndən sonra Paşinyana qarşı müqaviməti davam etdirmək üçün başqa alternativ axtarmalı olacaq. Əslində müxalifət İkinci Qarabağ müharibəsinən sonra Paşinyanı devirmək üçün mümkün bütün alətlərdən istifadə edib, heç biri nəticə verməyib.
Bunun sadə səbəbi var, cəmiyyətin əksər hissəsi radikalların arxasınca getmək istəmir.
Ancaq Paşinyan da tələsməlidir, nə qədər ki, reytinqi aşağı enməyib Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmalıdır.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru