"Əli İnsanovun partiyası siyasi zibilxana idi" - Zəlimxan Məmmədlidən ağır ittihamlar - VİDEO
16-05-2024, 11:04
Haqq Ədalət Partiyası (HƏP) Ali Məclisinin keçmiş sədri Zəlimxan Məmmədli BakuPost-a videomüsahibə verib.
O, müsahibədə "Borçalı" Cəmiyyətinin sədri kimi 10 il ərzində Gürcüstana səfər etməsinin qadağan olunması, bu yaxınlarda isə sözügedən qadağanın aradan götürülməsinin səbəbləri, Borçalıya son səfəri haqqında danışıb.
Z.Məmmədli ötən on il ərzində Gürcüstanda yaşayan azərbaycanlıların həyatının xeyli dəyişdiyi, onların gürcü cəmiyyətinə inteqrasiyası yönündə mühüm nəticələr əldə edildiyi, qonşu ölkənin dövlət və qeyri-dövlət sektorunda çalışan soydaşlarımızın sayının artdığını bildirib.
HƏP-dən ayrılmasının səbəblərinə aydınlıq gətirən Z.Məmmədli Əli İnsanovu avtoritar idarəetmədə günahlandırıb və onu sərt tənqid edib. HƏP-dəki mühiti "siyasi zibilxana" adlandıran siyasətçi partiyada yaltaqlıq, riyakarlıq və saxtakarlığın hökm sürdüyünü bildirib.