Koçaryan Əliyevlə danışıqların detallarını açıqladı; “Torpaqları qaytarırdıq..."

5-09-2016, 13:16           

“Azərbaycanın təşəbbüsü ilə regional əməkdaşlığın yeni formatının formalaşması, Ermənistandan yan keçən “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması iqtisadi, beynəlxalq və regional amillərdə, xüsusilə Dağlıq Qarabağ danışıqlarında bizim ölkənin çəkisinin azaldığı deməkdir”.


Publika.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.


Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün aparılan proseslərə toxunan Koçaryan deyib ki, onun 10 il prezidentliyi dövründə Ki-Uest danışıqlarında müəyyən razılıqlar var idi.


“Həmin vaxt ətraf rayonların qaytarılmağa hazır idik, yalnız Qarabağın Ermənistana birləşməsini istəyirdik. Lakin bu, baş tutmadı. Sonra “Madrid prinsipləri ortaya çıxdı. Lakin bu sənəd imzalamaq üçün nəzərdə tutulmurdu. Bu, gələcəkdə razılaşmanın əsası kimi irəli sürülmüşdü”, - deyə o bildirib.


Keçmiş prezidenti Ermənistanda iqtisadi vəziyyətin acınacaqlı olduğunu, insanların sosial problemlərə görə radikallaşdığını da vurğulayıb.


Qeyd edək ki, Ki-Uest görüşü 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin dövründə keçirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru