Rusiya ilə danışıqlar "daha hazırlıqlı" müharibə gətirəcək

21-07-2024, 16:04           
Rusiya ilə danışıqlar "daha hazırlıqlı" müharibə gətirəcək
Ukrayna və Rusiya arasında danışıqlar aparılarsa, bu sülhü qaytarmayacaq, ancaq müvəqqəti fasilə verəcək, bundan sonra daha hazırlıqlı müharibə başlayacaq.

Bunu ukraynalı analitik və jurnalist Sergey Qarmaş deyib.

"Rusiya ilə danışıqlar mümkünsüzdür" fikri ilə razı deyiləm. Danışıqlar mütləq olacaq, lakin bundan sonra da Ukraynaya sülhün qaytarılmasında effektivliyi sual altındadır.

Bu dialoq ilk növbədə Qərbdə istənilir. Rusiya mətbuatında da bu mövzu hər gün gündəmə gəlir və bu, təsadüfi deyil. Burada bir nüans var, çünki Rusiyada Ukrayna ilə danışıqlardan deyil, “Ukrayna böhranı ətrafında və Qərblə danışıqlardan” bəhs olunur. Bu danışıqlar barəsində sülhlə bağlı illüziyalar olmamalıdır, çünki bu danışıqlar atəşkəs haqqındadır", - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru