"Simpsonlar"ın növbəti "proqnoz"u doğru çıxa bilər: Kamala Harrisin seçkidə qələbəsi

23-07-2024, 12:45           
"Simpsonlar"ın növbəti "proqnoz"u doğru çıxa bilər: Kamala Harrisin seçkidə qələbəsi
Dəfələrlə müxtəlif hadisələr barədə "proqnozları" düz çıxan məşhur "The Simpsons" ("Simpsonlar") cizgi serialında bu dəfə də ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçkidə qələbəsi ilə bağlı epizod gündəm olub.

Belə ki, 2000-ci ildə yayımlanan "Bart to the Future" adlı epizodda Lisa Simpson 2030-cu ildə ABŞ prezidenti olur və onun xarici görünüşü inaqurasiyada Kamala Harrisin obrazı ilə heyrətamiz şəkildə uyğun gəlir.

Bu barədə Oxu.Az "Tengrinews.kz" nəşrinə istinadən bildirir.

Cizgi serialının əsas personajlarından biri olan Liza Simpson gələcəkdə ABŞ-nin ilk qadın prezidenti olur. Epizodda o, bənövşəyi pencəkdə və boynunda ağ muncuqlarda görünür və bu, Kamala Harrisin vitse-prezident kimi inaqurasiya mərasimində geyindiyi paltarla, demək olar ki, eynidir. Sosial şəbəkə istifadəçiləri bu oxşarlıqdan heyrətə gəliblər, çünki epizod inaqurasiyadan 20 il əvvəl yaradılıb.

Bu oxşarlıq "The Simpsons"un gələcəyi proqnozlaşdıra bildiyi ilə bağlı fərziyyələri yenidən gündəmə gətirib. Xatırladaq ki, serial əvvəllər Donald Trampın prezidentliyi, pandemiya və hətta Dünya Ticarət Mərkəzinin dağılması kimi müxtəlif hadisələri proqnozlaşdırmışdı.

Bir çox sosial şəbəkə istifadəçisi təəccüb içində bildiriblər ki, belə dəqiq bir proqnoz bizim simulyasiya içində yaşadığımızın daha bir sübutudur və cizgi serialının ssenarisində dünya haqqında bəzi gizli həqiqətlər var.

"Simpsonlar"ın yaradıcıları isə dəfələrlə bütün oxşarlıqların təsadüfi olduğunu və heç bir proqnoz xarakteri daşımadığını qeyd ediblər. Lakin cizgi filminin bir çox pərəstişkarı serialın sehrinə inanmaqda davam edir.

Yazıçılar və prodüserlər bunu sadə şəkildə izah edirlər: dünya o qədər sürətlə dəyişir ki, cari hadisələrə dair satira və parodiya yaradanda bu hadisələr reallıqla uyğun ola bilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.